Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 02:23
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

15:43 17.10.2020

Hikmət  Mirzəyev general-leytenant oldu 

General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib. 

Bu barədə prezident İlham Əliyev  bu gün, oktyabrın 17-də sərəncam imzalayıb. 

Hikmət Mirzəyevin Azərbaycanın bir sıra ərazilərinin işğaldan azad edilməsində xidmətləri olduğu bildirilir. 

Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.

14:34 17.10.2020

AMN : “Ermənistana məxsus PUA vurulub”

PUA, arxiv foto
PUA, arxiv foto


Bu gün, oktyabrın 17-də Ermənistana məxsus pilotsuz uçuş aparatının  (PUA) vurulduğu bildirilir. 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı  vasitəsilə Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərib.
Açıqlamaya görə, həmin PUA-nı Azərbaycanın  Hava Hücumundan Müdafiə bölmələri vurub. 

13:36 17.10.2020

Baş Prokurorluq:  Gəncədə 2 azyaşlı itkin düşüb 

Ermənistan silahlı qüvvələrinin  oktyabrın 17-i gecə Gəncə şəhərini  raket atəşinə tutması nəticəsində 2 azyaşlının itkin düşdüyü bildirilir.  

Bu barədə Azərbaycan  Baş Prokurorluğundan məlumat verilib.  

Qeyd olunub ki,  13 dinc sakin həlak olub, 48 nəfər yaralınıb.  

Rəsmi məlumata görə, həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. Yaralananların  isə 5-nin azyaşlı, 20-nin qadın, 23-nün də  kişi olduğu bildirilir.  

İki uşağın da itkin düşdüyü açıqlanıb. 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə Gəncə şəhərinin  raket atəşinə tutulması nəticəsində 52 nəfərin  xəsarət aldığını açıqlamışdı. 

12:44 17.10.2020

Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu deyilir 

Azərbaycan Müdafiə Nazirliyi  (AMN)  bu gün, oktyabrın 17-də Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlayıb.
Nazirliyin bildirməsinə görə, saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan  bölmələrinin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1  Su-25 təyyarəsi vurulub. 

Davamı

XS
SM
MD
LG