Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 21:51
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

19:45 7.10.2020

Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 7-də Azərbaycan  prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib. 

 AZƏRTAC-ın məlumatına görə, müşavirədə Müdafiə  Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirləri iştirak edib. 

 

Müdafiə naziri Zakir Həsənov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. 

19:54 7.10.2020

Ceyhun Bayramov Cenevrəyə gedəcək 

Azərbaycan  Xarici İşlər naziri Ceyhun Bayramov  sabah, oktyabrın 8-də  Cenevrəyə işgüzar səfərlə yola düşəcək.  

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)  Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Məlumatda deyilir ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin (Dağlıq Qarabağ münaqişəsi) həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır. 

 

20:28 7.10.2020

Prokurorluq:  30 mülki şəxs həlak olub, 143 nəfər yaralanıb 

Azərbaycanın Baş Prokurorluğu cəbhə bölgəsində ölkənin mülki əhalisinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.  

Baş Prokurorluğun mətbuat xidmətinin oktyabrın 7-də axşam saatlarında yaydığı məlumata görə,  sentyabrın 27-də cəbhədə döyüşlər başlayandan hazırkı vaxta qədər Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülkü əhalidən 30 nəfər həlak olub, 143 nəfər yaralanıb. 

Azərbaycanın başqa rəsmi qurumlarının məlumatlarında mülkü əhalinin itkisi daha çox göstərilir. 

23:30 7.10.2020

Azərbaycan  Ermənistana məxsus PUA-nı vurduğunu deyir 

Azərbycan Müdafiə Nazirliyi (MN) Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurduğunu bildirir. 

MN-in məlumatına görə,  oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) bu ölkənin Azərbaycanla dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib. 

Nazirlik bildirir  ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri  həmin PUA-nı aşkar edərək vurub.

Bu açıqlamaya Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, bəlli deyil. 

  

Davamı

XS
SM
MD
LG