Keçid linkləri

2025, 04 Dekabr, cümə axşamı, Bakı vaxtı 11:03
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:52 11.10.2020

Prezident İlham Əliyev habelə yazib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. 

 

O, bildirib ki, bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. 

Dövlət başçısının vurğulamasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. 

O daha sonra da  qeyd edib ki, Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək 

 

17:51 11.10.2020

AMN: “Kəndlərimiz atəşə tutulur” 

Mingəçevir şəhərinə düşən raket
Mingəçevir şəhərinə düşən raket

 

Ermənistan silahlı qüvvələrinin Ağdam, Tərtər, Ağcəbədi və Füzuli rayonlarının kəndlərinə atəş açdığı bildirilir. 

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyi (AMN)  oktyabrın 11-i saat 17-36-da məlumat yayıb.

18:20 11.10.2020

Ermənistanın Müdafiə Nazirliyi Gəncənin vurulması haqda məlumatları “tamamilə yalan” adlandırıb və Azərbaycanı Dağlıq Qarabağın Xankəndi daxil bəzi hissələrini atəşə tutmaqda ittiham edib.

Gəncə,11 oktyabr 2020
Gəncə,11 oktyabr 2020

 

19:55 11.10.2020

Ceyhun Bayramov  həmsədrlərlə danışıb 

Ceyhun Bayramov
Ceyhun Bayramov

Bu  gün,  oktyabrın 11-də  Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə  ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov arasında telefon danışığı baş tutub. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, danışıq C.Bayramovun təşəbbüsü ilə gerçəkləşib: 

“Nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə qarşı tərəfə məlumat verib.” 

Açıqlamaya görə,  o qeyd edib ki,  humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərib: 

“ Erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Nazir Gəncəyə edilən hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb” 

Açıqlamada qeyd edilib ki, O,  bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib: 

“ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.” 

XİN-in məlumatına görə, oktyabrın 11-də   Azərbaycan tərəfinin təşəbbüsü ilə Ceyhun Bayramovun  ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti ilə də telefon danışığı baş tutub. 

Ceyhun Bayramovun eyni məsələləri Stefan Viskonti-nin də diqqətinə çatdırdığı bildirilir. 

Davamı

XS
SM
MD
LG