«Yeni virusa tutulma hallarının qarşısının alınması üçün bu riskin azaldılması vacibdir». Bunu isə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Pavel Urso söyləyib. O, bildirib ki, xüsusilə yoluxma halları olan ərazidə əhali özünü və ailə üzvlərini müdafiə etmək üçün sadə tədbirlərdən istifadə etməlidir.
Azərbaycanda insanlarda «quş qripi» virusunun olmasını martın 21-də Ümumdünya Səhiyyə Təşkilatı elan edib. Qurumun məlumatına görə, London laboratoriyasına göndərilmiş 11 nəfərin qan nümunələrinin müayinəsi 7 nəfərin sözügedən virusa yoluxduğunu aşkarlayıb. Onlardan artıq beş nəfəri – Salyandan dörd, Tərtərdən isə bir nəfər dünyasını dəyişib. İki nəfər isə müalicə olunur.