Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Əliağa Kürçaylı. Lövhə


Səmada dövrələnirkən
                    buludların düzümü
Zillədim göylərə həsrətlə
                    yol çəkən gözümü.
İldırımlar
            mənə göstərdi
                         nurlu gündüzümü.


Sübhədək     
          mən belə süzdüm
                               bahar yağışlarını,
Saplı mirvaritək üzdüm 
          bahar yağışlarını,
Güllərin boynuna düzdüm
                             bahar yağışlarını.

,
XS
SM
MD
LG