Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Günel Şamilqızı. Bilmirsən


-

BİLMİRSƏN

Bilirəm ki,
             qara  rəngdədir dişinin dibindən  çıxan
                    - qulaqlarımı tutmasam.
Bilirəm ki,
             eynəyin kimi şəffafdır  ürəyin
       - tez-tez tozunu silməyə icazə versən.
Bilirəm ki,
             hərdən sevməyi bilirsən,
             hərdən sevdiyimi bilməyi.
Ancaq bilmirsən,
             səni nə üçün sevirəm?
- Heç kəs sənin kimi öldürmür!
XS
SM
MD
LG