#2010 adamlar eyvanlar aksiyaya baxir http://t.co/oNxemCfA
— Maarif Chingizoglu (@Chingizoqlu) 20.10.2012
Aksiya davam edir. Ayrı-ayrı qruplar ara-sıra «Parlament buraxılsın», «İstefa» şüarları səsləndirirlər. Polis də dərhal qrupları dağıdır, bəzi üzvləri saxlayır.
Polis əməkdaşları hazırda Fəvvarələr Meydanına giriş-çıxışı məhdudlaşdırırlar. Onlar bir neçə yerdə canlı kordon yaradıblar.
#2010 polisler yeniden herekete kechib http://t.co/oNGToJSk
— Maarif Chingizoglu (@Chingizoqlu) 20.10.2012
Müsavat Partiyasının məlumatında bildirilir ki, 20 oktyabr aksiyasında 35 nəfər saxlanıb.
Bunlar başqan müavinləri Arzu Səmədbəyli, Gülağa Aslanlı, Gənclər Təşkilatının sədri Tural Abbaslı, Zöhrab Məhərrəmli, Fəzli Mehdiyev, jurnalist Mehman Kərimli, Mirbaba Babayev, Rüfət Hacıbəyli və başqalarıdır.
Saxlananlar arasında Xalq Partiyasının sədri Pənah Hüseyn də olub. Amma az sonra o buraxılıb.