Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 03:23

ABŞ senatı Sergei Magnitsky aktını təsdiqləyib


Hüquqşünas Sergei Magnitsky
Hüquqşünas Sergei Magnitsky
-
ABŞ senatı Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar tətbiq edilməsini nəzərdə tutan aktı təsdiqləyib. 
 
Senatın 92 üzvü qanun layihəsinin lehinə, 4-ü isə əleyhinə səs verib.
 
Sənədi bundan əvvəl Konqresin Nümayəndələr Palatası da təsdiqləyib.
 
“Hermitage Capital” fondunun hüquqşunası Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
 
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin  mənimsənilməsini açdığına görə təqib olunurdu.

Akta görə, Sergei Magnitsky-nin ölümündə şübhəli bilinənlər şəxslər ABŞ-a getməyi qadağan edilir, bank hesabları dondurulur. 

Şengen zonası ölkələri də aktı dəstəkləyir.
XS
SM
MD
LG