Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 01:01
Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi

26 yanvar etirazlarının xronologiyası [Video-Foto]

Yanvarın 26-da Bakıda sosial şəbəkələr vasitəsilə təşkil olunan etirazlar baş verdi. Onun iştirakçıları İsmayıllı sakinərinin etriaz çıxışları ilə həmrəy olduqlarını ifadə edir, onlara qarşı polis zorakılığını pisləyirdilər. Bakının mərkəzndəki aksiyanın qarşısını alan polis 100-ə yaxın adam saxlayıb, onlar məhkəmə cərimlərindən sonra buraxılıblar

14:16 28.1.2013
DAHA İKİ NƏFƏR CƏRİMƏLƏNDİ
 

Yanvarın 28-i şənbə mitinqində saxlanan iki nəfərlə bağlı Nəsimi rayon məhkəməsinin iclası keçirilib. Məhkəmə Müsavat Gənclər Təşkilatının üzvü Nərgiz Yaqublunun 500 manat, Nida Vətəndaş Hərəkatının üzvü Zaur  Qurbanlının 550 manat cərimələnməsi haqda qərar çıxarıb.
 
Nərgiz Yaqublu AzadlıqRadiosuna deyib ki, o bu cəriməni ödəməyəcək. Gənc fəal bununla bağlı apellyasiya şikayəti verəcəyini deyib.
 
Yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək məqsədilə etiraz aksiyası keçirilib. Saxlananlardan 20 nəfərin cərimə edilməsi haqda qərar çıxarılıb. Cərimələrin ümumi məbləği 12 min manatı ötür.
00:14 27.1.2013
26 yanvar aksiyasına görə cəzalananların siyahısı

HƏBS OLUNANLAR

‎Əbülfəz Qurbanlı - 13 sutka həbs
Türkel Azərtürk  - 13 sutka həbs
Emin Milli  - 15 sutka həbs

CƏRİMƏ EDİLƏNLƏR

Xətai Qafarlı - 300azn
Bəxtiyar Hacıyev - 600 azn
Turqut Qəmbər - 2500 azn 
Gözəl Bayramlı - 2000 azn 
Nihad Huseyn - 500 azn 
Tofiq Dadaşov - 450 azn 
Xədicə İsmayıl - 400 azn 
Emil Bağırov -  450 azn 
Ziya Bayramov - 600 azn 
Elçin Cərulahzadə - 600 azn 
Aygül Pəncəliyeva - 400 azn 
Elnur Cərçiyev - 600 azn 
Elşən Həsənov - 600 azn 

Məlumatlar gəldikcə siyahı yenilənir
23:06 26.1.2013
Əbülfəz Qurbanlı - 13 gün həbs
‎Emil Bağırov - 400 azn cərimə
Turqut Qəmbər - 2500 azn cərimə
Aygül Pəncəliyeva - 400 azn cərimə
Ziya Bayramov - 600 azn cərimə
Elnur Cərçiyev - 600 azn cərimə
22:58 26.1.2013
Ziya Bayramov 600, Elçin Cərullahzadə 600 manat cərimə olunub.

Türkel Aztürklə  AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya  13 sutka  həbs, Aygül Pənçəliyeva 400 manat cərimə olunub. 

Davamı

XS
SM
MD
LG