Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

"Ölkə necədirsə Wikipediası da elədir"


-

Zaur

Facebook-dan birbaşa şərh yaz
 
 

Texnologiya ensiklopediyanı daha çatımlı edib. Bizə lazım olanları axtarmaq üçün onlayn ensiklopediya var-Wikipedia.
 
Azərbaycan Wikipedianın imkanlarından necə yararlanır? İstifadəçilər hansı çətinliklərlə üzləşir?
 
Suallara Azadlıq FM-də cavab axtarırmışıq:

Wikipedia yazan Səfər İbrahimov:
 
- 2004-cü ildən Azərbaycanda Wikipediaya maraq yaranmağa başlayıb və bu vaxtda virtual ensiklopediya yenilənir…
 
- Wikipedia Azərbaycanda yüzlərlə istifadəçi qeydiyyatdan keçib. Amma onların hamısı aktiv istifadəçi deyil.
 
- Azərbaycanda Wikipedia çox zəif yenilənir. Demək olaraq ki, Azərbaycanda Wikipedia məqalələri müntəzəm yazılmır. Çox az hallarda məlumatlar yenilənir, yazılır. Bu da çox zaman “copy paste”lər olur.

- Wikipedia statistikasını elə qurum özü aparır... Bu statistikadan sonra bilinir ki, kimlər nələri yazıb və s.

-  Azərbaycan Wikipediasında 9 administrator var. Onlar da çalışırlar Wikipedia qaydalarına nəzarət etsinlər…

-  Wikipediada fizika, kimya, biologiya sahəsi çox zəifdir. Müqayisədə tarix sahəsi daha zəngindir…

-  Azərbaycandilli Wikipedia ingilisdilli Wikipedia ilə müqayisə edilə bilməz...
 
Əli Hacızadə:
 
- Virtual ensiklopediya ənəvidən onunla fərqlənir ki, məlumatlar hər zaman yenilənir. Ənənəvi ensiklopediyada isə məlumatı təzələmək üçün növbəti çap olunma vaxtını  gözləməlisən.
 
-  Hər ölkə Wikipediasının öz fəlsəfəsi var.  Azərbaycandilli Wikipediada yazılan yazını o üslubda fransızdilli Wikipediada yazmaq çətindir. Məsələn, Qarabağ haqda Azərbaycan Wikipediasına yazdığımız məqaləni olduğu kim Rusiya Wikipediasına yerləşdirə bilmərik. Mütləq redaktə edirlər, onların milli maraqlarına toxunan məqam varsa, redaktə edilir...

-  Fransızdilli Wikipediada Qarabağla bağlı fotolar əlavə etmişdim. Fotonu çıxartdılar və dedilər ki, bizim qaydalara ziddir...

-  Ölkə necədirsə Wikipediası da elədir…

-  İngilisdilli Wikipediada ərəblərlə farslar, əfqanlarla pakistanlılar arasında böyük konflikt var. Reallıqda olan münaqişələr virtualda da davam edir...

-   İnsanlar fəal şəkildə Azərbaycanda Wikipedianın genişlənməsinə çalışmalıdılar...
XS
SM
MD
LG