Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 03:40

Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev həbs edilib


Foto arxiv
Foto arxiv
Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev Bakı hava limanında saxlanılıb.

Bunu APA-ya onun vəkili Fuad Ağayev deyib.Vəkil  artıq  Səbayel rayon Məhkəməsində onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib.

Fuad  Ağayevin sözlərinə görə, Akif Muradverdiyevi xüsusi xidmət orqanlarının əməkdaşları saxlayıb və o həbs müddətində Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılacaq.

Vəkil bildirib ki, o qaçaqmalçılıqda ittiham olunur. 
Fuad Ağayev  məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyir.
XS
SM
MD
LG