BMT müfəttişlərinin Suriyadakı fəaliyyətindən görüntülər
Sosial şəbəkələrdə BMT ekspertlərinin Suriyanın paytaxtı Dəməşqin şərqində Zamalka qəsəbəsində fəaliyyətini əks etdirən video yayılıb. Videoda əleyhqazda olan ekspertlərin kimyəvi silahla hücum olduğu deyilən ərazilərdən nümunələr götürdükləri görünür. Avqustun 29-da çəkildiyi deyilən videoda ekspertləri Suriya müxalifətinin döyüşçüləri müşayiət edirlər. Reuters agentliyi bu videonu sosial şəbəkələrdən götürüb, amma onun məzmununu başqa mənbələrdən dəqiqləşdirə bilmədiyini yazır.
Arxiv
-
Dekabr 01, 2025Erməni kilsəsində parçalanma - Ruhanilər Paşinyanla görüşdü
-
Noyabr 29, 2025Lukaşenkonun həbsdə saxlatdığı qadınlar: 'Qurd yeyirdik'
-
Noyabr 28, 2025'Uşaq idim. Qışqırırdım ki, evlənmək istəmirəm'
-
Noyabr 28, 2025İranda ilk dəfə olaraq qadın dirijor konsert verib
-
Noyabr 27, 2025Putin üçün Qırğızıstanda Ukrayna səfirliyini 'yoxa çıxarıblar'
-
Noyabr 25, 2025Qazaxıstanda Rusiyanı təbliğ etdi, həbsə getdi