Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Avropa rəsmisi Ermənistanla sazişi mümkün saymır


 Stefan Fule
Stefan Fule
“Avropa  Birliyi  Ermənistanla  assosiativ sazişi çətin ki, imzalasın”.

Bunu Birliyin genişlənmə və qonşuluq siyasəti üzrə rəsmisi  Stefan Fuele  bunu bu gün Brüsseldə Ermənistanın xarici işlər naziri  Edward Nalbandyanla görüşdən sonra deyib.O qeyd edib ki, payizda  Vilnüs sammitində  belə bir razılaşma  imzalanacağını təsəvvür eləmək çətindir.Fule  bildirib ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Vahid gömrük ittifaqı qarşısında öhtəliyi ilə assosiativ  saziş  bir araya sığmır.

Ermənistan prezidenti Serzh Sarkisian bu günlərədə Moskvaya səfəri zamanı ölkəsinin bu ittifaqa girmək fikrində olduğunu bildirib.

Vahid gömrük ittifaqına Rusiya, Belarus və Qazaxıstan daxildir.
XS
SM
MD
LG