Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

Azərbaycan internetə görə qismən azad ölkələr arasındadır


US--Freedom house logo
US--Freedom house logo
Freedom House təşkilatı ümumilikdə dünyada internet azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirir.Təşkilatın 2012-2013-cü il üçün yayadığı hesabatda buna səbəb kimi interneti müşahidənin artması, materallara nəzarət etmək üçün yeni qanunlar qəbul edilməsi və  sosial şəbəkə fəallarının həbsi göstərilir.

Amma təşkilat bildirir ki, təhlükələr artdıqca fəallar daha effektli mübarizə aparmağa başlayıblar.

Hesabat 60 ölkəni əhatə edir. İran, Kuba və Çin İnternetə çıxış və senzurada ən pis ölkələr hesab olunur. Həmçinin Belarus, Pakistan və Özbəkistan azad olmayan ölkələr arasındadır.

Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan isə qismən azad ölkələr sırasında gəlirlər.

Keçmiş Sovet ölkələri olan Ermənistan, Gürcüstan və Ukrayna isə azad ölkələr sırasındadır.

Hesabatda  ötən il  ümumilikdə saytlara senzuraların artdığı, müxtəlif  ölkələrdə internet  fəallarının yazılarına görə həbs edildiyi,  işgəncələrə məruz qaldığı və öldürüldüyü  bildirilir.
XS
SM
MD
LG