Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 03:38

Nalbandian həmsədrlərlə görüşüb


Foto arxiv
Foto arxiv
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Ermənistan mətbuatının məlumatına görə,  görüşdə  həmsədrlər Igor Popov, Jacques Faure , James Warlick  və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk  iştirak edib.

Görüşdə  noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün davamı kimi , dekabrın 4-də  xarici işlər nazirlərinin Kiyevdə görüşü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin gələn ilin əvvəlində xarici işlər nazirlərinin yenidən görüşməsinin mümkünlüyü müzakirə olunub.
XS
SM
MD
LG