Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Vəkil Anar Məmmədlinin soyuq kamerada saxlandığını deyir


Anar Məmmədli
Anar Məmmədli
Anar Məmmədli  soyuq kamerada saxlanılır və buna görə də xəstələnib.

Bunu  Turan agentliyinə vəkil Rəşid Hacılı deyib.O ötən həftənin sonunda Bakı istintaq təcridxanasında Anar Məmmədliyə baş çəkib.Vəkil deyir ki, həbsdən sonra işlə bağlı  heç bir istintaq hərəkəti aparılmır və istintaqın gedişi barədə vəkillərə məlumat verilmir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  rəhbəri Anar Məmmədli  ötən il dekabrın 16-da həbs edilib.O, qanunsuz sahibkarlıq fəaliyyəti və vergidən yayınmaqda ittiham olunur.

Anar Məmmədli  ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.Amnesty International təşkilatı  onu vicdan məhbusu elan edib.
XS
SM
MD
LG