Yaxin saatlarda Yulia Tymoshenko azadlığa çıxır
Twitter-de onun saxlandığı həbsxana hospitalının qarşısında tərəfdarlarının toplaşdığı, 2 saata keçmiş Baş nazirin azadlığa çıxacağını gözləyirlər.
Crowd waiting for the release of Yulia #Tymoshenko at the Kharkiv hospital. Unofficial info: it will take 2 h or more pic.twitter.com/kHjvZfqcSi
— Jüri Maloverjan (@MaloverjanBBC) February 22, 2014
На съезде в Харькове нет ни грамма сепаратизма. Главный смысл выступлений - "мы не собираемся раскалывать страну, мы хотим сохранить ее".
— Алексей Пушков (@Alexey_Pushkov) February 22, 2014
Fevralin 22-də Ukrayna parlamenti müxalifətdən olan hüquqşünas Arsen Avakovun Daxili İşlər naziri təyin edilməsi barədə qərar çıxarıb. O, yeni hökumət formalaşdırılana qədər ölkə polisinə rəhbərlik edəcək.
Parlamentin spikeri vəzifəsinə isə həbsdə olan keçmiş Baş nazir Yulia Tymoshenko-nun ən yaxın müttəfiqlərindən olan deputat Oleksander Tuchynov seçilib.
Müstəqillik Meydanında həlak olanlar üçün şamlar yandırılır, təmizlik işləri aparılır
Fevralın 22-də Ukrayna paytaxtı Kiyevdə sakitlik bərpa olunub. Prezidentin paytaxtı tərk etməsi və əsas hakimiyyət postlarına müxalifət nümayəndələrinin təyin olunmasından sonra Maydanda həlak olanlar üçün şamlar yandırılır, təmizlik işləri aparılır. AzadliqRadiosunun Ukrayna xidmətinin videosu.