Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 01:35

Rauf Mirqədirovun vəkili Fuad Ağayev hədələndiyini deyir

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs edilib.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə iş başlanıb. Jurnalist hazırda şübhəli şəxs kimi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Jurnalistin həbsi ilə bağlı xəbərlər daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. 

 
19:18 24.4.2014
-
«Mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağım hüquqi baxımdan hədsiz ədalətsizlikdir».
 
Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev vasitəsilə aprelin 24-də yaydığı bəyanatda belə deyilir.
 
13:51 22.4.2014
VƏKİL: APELLYASİYA ŞİKAYƏTİ YAXIN VAXTLARDA TƏQDİM OLUNACAQ
 
Jurnalist Rauf Mirqədirovla bağlı müdafiə tərəfinin Nəsimi rayon məhkəməsinin qərarından hazırladığı şikayət hazırdır.
 
Jurnalistin vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, məhkəmənin qərarını götürüb: «Artıq apellyasiya şikayəti hazırdır, yaxın vaxtlarda təqdim olunacaq. Şikayətdə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv olunmasını və Rauf Mirqədirovun azadlığa buraxılmasını istəmişik».

Davamı

XS
SM
MD
LG