14:46
9.5.2014
#Ukrayna Qərblə Rusiya arsında iqtisadi müharibə meydanıdır. Qərb Rusiya qazından asılığını azaltmaq da istəyir http://t.co/frYSzb2Jo3
— AzadliqRadiosu (@RadioAzadliq) 9.5.2014
15:04
9.5.2014
2010-cu ildə canlı yayımda Rusiya prezidenti demişdi ki, 2-ci Dünya müharibəsində Rusiya özbaşına, digər respublikalar və müttəfiqlər olmadan da qələbə qazanacaqdı. Mayın 9-da Ukraynanın 5-ci kanalına müsahibəsində baş nazirin vəzifələrini icra edən Arseniy Yatsenyuk bildirib ki, ensiklopediyadan 2-ci Dünya müharibəsində Ukraynanın itkiləri haqda məlumatları Rusiya prezidentinə göndərib.
15:18
9.5.2014
Ukrayna hökuməti Mariupol şəhərinin "Donetsk" aqibətinin qarşısını almağa çalışır. Həvəskar videonun şəhər sovetinin binası arxasındakı məhəllə sakinləri tərəfindən çəkildiyi bildirilir. Görüntülərdə Ukrayna təhlükəsizlik qüvvələrinin əməkdaşları Rusiyameylli sakinlərin təkərlərdən qurduğu kiçik barrikadanı dağıdır, bu zaman havaya atəş açırlar.
16:44
9.5.2014
AzadliqRadiosu Ukrayna xidmətinin xəbər xətti müharibə hesabatını xatırladır
- Mayın 9-na keçən gecə Ukrayna ilə Rusiyanın sərhəddində, Luqansk vilayətinin Dovjansk sərhəd keçid məntəqəsində mülki avtomobil atəşə tutulub. Maşında gedən ər-arvad həlak olub. Atəş açan şəxlərin müəyyən olunması üçün araşdırma aparılır.
- Donetskdə əmək-islah koloniyasının mühafizə postuna basqın olub. 4 maşında koloniyaya gələn maskalı adamlar 1 makarov tapançası, və 3 Kalashnikov avtomatı götürərək hadisə yerini tərk ediblər.
- Mariupolda Daxili işlər şöbəsinin silahlılardan azad olunması zamanı ölən və yaralananlar var.