Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 01:13

Salyanda hüquq müdafiəçisi saxlanıb


Emil Məmmədov
Emil Məmmədov
-
Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» İctimai Birliyinin sədri Emil Məmmədov saxlanıb.
 
Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin qardaşı İlqar Məmmədov məlumat verib.
 
Emil Məmmədov hazırda Salyan rayon polis şöbəsindədir:
 
«Bir müddət əvvəl onun müavini Tofiq Qasımov həbs olunub. Guya o, kimdənsə zorla pul tələb edib. O, tutulandan sonra qardaşımı da təşkilat rəhbəri olaraq tez-tez Salyan polisinə çağırırdılar. Bu dəfə saxladılar». 
 
«Demokratiyaya yardım» İB cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.
 
Salyan polisindən məsələyə şərh vermək istəməyiblər.
XS
SM
MD
LG