Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 01:01

Rauf Mirqədirovun şikayəti təmin olunmadı


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
Mayın 16-da Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Rauf Mirqədirovun  şikayətini təmin etməyib.
 
Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.
 
Vəkilləri Rauf  Mirqədirovun tutulmasının qanunsuz hesab edilməsi barədə iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdilər.
 
Mayın 6-da məhkəmə iddianı təmin olunmaması ilə bağlı qərar çıxarmışdı. Vəkilləri həmin qərardan apelyasiya şikayəti vermişdilər.
 
Rauf  Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
XS
SM
MD
LG