Noyabrın 8-də Bakıda, Binə qəsəbəsi «Sovxoz ərazisi» adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirib. Etirazçıların AzadlıqRadiosuna bildirdiyinə görə, aksiyaya səbəb yağan yağışdan sonra massivə gələn yolların keçilməz həddə çatmasıdır.