Mayın 19-da Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğında azı 13 nəfər həlak olub, 60-dan çox yaralı var. Yaralıların bir çoxunun vəziyyəti ağırdır, ona görə həlak olanların sayının artacağından narahatlıq var. İlkin ehtimala görə yanğına səbəb binaların üstünə tezalışan maddələrdən hazırlanmış üzlüklərin vurulmasıdır.