Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Afiəddin Məmmədovun 'karser'ə salındığı deyilir


İctimai fəal həbsxanadan şikayət edir, deputat isə 'problem varsa, həll edilməlidir' deyir
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

İctimai fəal həbsxanadan şikayət edir, deputat isə 'problem varsa, həll edilməlidir' deyir (ARXİV)

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun tutulduğu 2 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (karser) salındığı bildirilir.

"Göndərdiyi məlumata görə, ona qarşı təxribat hazırlanır", - yaxınlarının açıqlamasında vurğulanır.

Bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

27 noyabr

Siyasi məhbus sayılan şəxslərə həbsdə hədə-qorxu gəlindiyi deyilir

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov ictimaiyyətə müraciət edib. Onun müraciətini yaxınları yayıb.

Məmmədov müraciətində saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində qanunsuzluqların və məhbuslara qarşı təzyiqlərin olduğunu bildirib.

O iddia edib ki, müəssisədə məhbusların şikayətlərinə baxılmır və problemlərin həllinə maraq göstərilmir.

Məmmədov bildirib ki, son günlər siyasi məhbuslara təzyiqlər artıb və bəzi məhbuslar hədələnib: "Siyasi Məhbusların Müdafiəsi Komitəsi ilə bağlı bəyanatımızdan sonra Samir Aşurovu və Mehman Əliyevi çağıraraq hədə-qorxu gəliblər".

Onun sözlərinə görə, bütün siyasi məhbuslara yalnız şüşə arxasından görüş verilir, telefonla danışmaq hüququ isə süni yolla faktiki məhdudlaşdırılıb.

Müraciətdə qeyd edilənlərə sözügedən müəssisənin rəhbərliyindən, habelə Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, heç bir məhbusa siyasi baxışlarına görə ayrıseçkilik edilmir, onlarla qanun çərçivəsində davranılır.

Siyasi Məhbusların Müdafiə Komitəsi

Bugünlərdə 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan bəzi məhbusların Siyasi Məhbusların Müdafiə Komitəsini (SMMK) yaratdıqları bəyan edilib. Onların imzaladığı bildirilən bəyannamədə ölkədə fundamental hüquq və azadlıqların ciddi şəkildə pozulduğu vurğulanıb.

Komitənin yaradıcılarından biri Samir Aşurov Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra "xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma" ittihamı ilə 6 il 6 aylıq həbs olunub, amma ittihamı qəbul etmir. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev isə narkotik ittihamı ilə 5 il həbs cəzası alıb. O da ittihamı siyasi sayır.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 390-dan çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

A.Məmmədov isə bu il yanvarın 14-də 8 il azadlıqdan məhrum edilib. O, 2023-cü il sentyabrın 20-də tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. O, da ittihamı qurama, siyasi sayır.

A.Məmmədov 2022-ci ildə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, onlar işçilərin problemlərini işıqlandırıblar. Bu sahədə göstərdikləri fəaliyyətdən az sonra həm A.Məmmədov, həm də "İşçi Masası"nın bir neçə üzvü həbs olunub. Rəsmi ittihamlar xuliqanlıq, narkotik və s. olub. Məhkəmə bu ittihamları təsdiqləyib onları azadlıqdan məhrum etsə də, onlar sırf işçilərin, əmək haqları pozulan vətəndaşların səslərini ictimailəşdirdikləri üçün barmaqlıqlar arxasında olduqlarını deyirlər.

XS
SM
MD
LG