Keçid linkləri

2025, 02 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Azərbaycana gələn də azalıb, gedən də


Moskva ilə Bakı arasındakı gərginlik Azərbaycanın turizm sektoruna necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Moskva ilə Bakı arasındakı gərginlik Azərbaycanın turizm sektoruna necə təsir edəcək? (İyul 2025)

2025-ci ilin 10 ayında Azərbaycana dünyanın 183 ölkəsindən 2 milyon 171.6 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin bu gün, noyabrın 26-da yayılan məlumatına əsasən, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz azdır.

"Gələnlərin 24.4 faizi Rusiya Federasiyası, 17.4 faizi Türkiyə, 8 faizi İran, 6.6 faizi Hindistan, 4.3 faizi Səudiyyə Ərəbistanı, 4.2 faizi Gürcüstan... vətəndaşları olublar", - məlumatda bildirilir.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2.3 faiz azalaraq 1 milyon 774.9 min nəfər olub.

"Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22.1 faiz, İrana gedənlərin sayı 4.3 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31.2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1.8 faiz azalıb. Azərbaycan vətəndaşlarının 42 faizi Türkiyəyə, 14.6 faizi Rusiya Federasiyasına, 10.8 faizi Gürcüstana, 9.2 faizi İrana, 23.4 faizi digər ölkələrə səfər ediblər", - məlumatda əlavə edilir.

Ekspertlər hesab edirlər ki, bu göstəricilər ölkədə hökumətin son illər turizmin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə nail ola bilməməsinin göstəricisidir. Onların vurğulamasına görə, Azərbaycana Rusiyadan, Gürcüstandan gələnlərin bir xeyli hissəsi elə əslən Azərbaycandan olan şəxslərdir.

"510 min 800 nəfər az turist gəlib"

İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, Azərbaycanda sərhədi keçən hər kəs turist kimi sayılır. Üstəlik, onun fikrincə, quru sərhədlərin bağlı olması turizm sektoruna nə qədər ziyan vurduğunu rəsmi rəqəmlər açıq şəkildə göstərir: "Quru sərhədlərin açıq olduğu son ildə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682 min 400 nəfər turist gəlmişdi. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171 min 600 nəfər turist gəlib. Yəni, 2019-cu il ilə müqayisədə 2025-ci ilin eyni dövründə ölkəyə 510 min 800 nəfər az turist gəlib. Hər turistin ölkədə, ortalama, 400-500 dollar xərclədiyini saysaq, 2019-cu ilin ilk 10 ayına nisbətən bu il eyni dövrdə ölkə iqtisadiyyata 250 milyon dollara yaxın az vəsait daxil olub...".

Azərbaycandan xarici ölkələrə quru yolla gediş-gəliş 2020-ci ilin yazından koronovirus pandemiyası səbəb göstərilərək məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın 2023-cü ilin mayında başa çatdığını açıqlasa da, bu məhdudiyyət hələ də qalır.

XS
SM
MD
LG