15:31
1.9.2024
Seçki məntəqələrində jurnalistlərə müdaxilə: 'Rədd edərəm səni buradan'
Seçki məntəqələrində müşahidəçi və jurnalistlərə zorakılıq.
15:56
1.9.2024
Sumqayıt şəhərinin 42 saylı birinci seçki dairəsinin ayrı-ayrı məntəqələrində pozuntuların olması ilə bağlı məlumatlar gəlməkdə davam edir.
Həmin dairədən namizəd Şəfəq Mayılovanın sözlərinə görə, 4 və 12 saylı məntəqələrdə müşahidəçilərə problem yaradılır.
Habelə bildirildiyinə görə, dairənin bəzi məntəqələrində "karusel" əməliyyatı keçirilir, fərqli qurumların əməkdaşları kütləvi halda bir neçə məntəqədə səs verməyə göndərilir.
Eyni zamanda, bəzi məntəqələrdə qutulara topa halda bülletenlərin atılması ilə də bağlı iddialar var.
16:01
1.9.2024
Topa bülletenlər seçki sandığına atılır
23 saylı Nəsimi-Səbail seçki dairəsi. Məntəqə 17.