Keçid linkləri

2025, 03 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

21:16 2.4.2016

Prezident: Qarşı tərəfə lazımi cavab verilib

Arxiv
Arxiv

Aprelin 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. /Prezident.az/

Belarus Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib. 

Prezident İlham Əliyev Belarus Prezidentini son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, "Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib."

21:37 2.4.2016

Azərbaycan və Türkiyənin müdafiə nazirləri danışıblar

Azərbaycan  Müdafiə naziri  Zakir Həsənov Türkiyə  Milli Müdafiə naziri  İsmet Yılmaz və Baş Qərargah rəisi  Hulusi Akar ilə telefonla danışıb.

Bu barədə nazirliyin saytı məlumat verir. Məlumatda bildirilir ki, telefon danışığında Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələr və orada yaranmış vəziyyəti  müzakirə ediblər. 

Danışıqlar zamanı Türkiyə tərəfinin Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğuladığı qeyd edilir. Üstəlik, onların Azərbaycana dəstəklərini  ifadə etdikləri deyilir.

21:50 2.4.2016

Erməni tərəfi 18 əsgər itirib

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib. 35 əsgər yaralanib.

Davamı

XS
SM
MD
LG