Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Dekabr 01, 2025Əli Kərimlini niyə həbs etdilər?
-
Noyabr 28, 2025Ard-arda açılan dərman zavodları ölkənin tələbatını ödəyirmi?
-
Noyabr 27, 2025Qarabağda qiymətlər: Mərkəzi istiliyə görə ayda 45-80 manat