Karaciç məhkəmə qarşısında

Haaqa Beynəlxalq Məhkəməsində Bosniya serblərinin lideri Radovan Karaciçin məhkəməsi yenidən davam edəcək. Karaciçin özü özünü müdafiə edəcəyi gözlənilir.

 

64 yaşlı Karaciç 1992-1995-ci illərdə Bosniya münaqişəsində günahlandırılır.  O soyqırım, müharibə qanunlarını pozma və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.

 

İttihamlar sübut olunsa, Karaciç ömürlük azadlıqdan məhrum olunacaq.