İranda tanınmış kinorejissor həbs olunub

İranda tanınmış kinorejissor Cəfər Pənahi həbs olunub. O dünən gecə evində həbs edilərək naməlum istiqamətə aparılıb.

 

49 yaşlı rejissor  İranın sosial həyatını tənqid edən filmləri ilə tanınırdı. Bu ilin əvvəlində o Berlin Film Festivalına fəxri qonaq kimi dəvət olunsa da hakimiyyət onun Almaniyaya getməsinə icazə verməmişdi.