Fransa İranı Hörmüz boğazında təxribatdan çəkinməyə çağırır

Fransa İranı beynəlxalq qanunlara sadiq qalmağa və beynəlxalq sulara aid olan Hörmüz boğazından gəmilərin keçidinə mane olmamağa çağırıb.
 
 
Dekabrın 27-də İranın vitse-prezidenti Mohammad Reza Rahimi demişdi ki, əgər İran neftinin ixracına sanksiya qoyulsa,onlar da Hörmüz boğazından tankerlərin keçidini əngəlləyəcəklər. Dekabrın 28-də isə İran Hərbi Dəniz qüvvələrinin komandanı Habibollah Sayyari deyib ki, boğazı bağlamaq onların əlində “su içmək kim asandır”.
 
Bəhreyndə yerləşən ABŞ-ın 5-ci dəniz donanmasından bildiriblər ki, Hörmüz Boğazında gəmilərin hərəkətinə mane olacaq istənilən cəhdin qarşısını almağa hazırdırlar.
 
Bu boğaz  vasitəsilə İranla yanaşı BƏƏ, Bəhreyn və Qətər kimi dövlətlər neft  ixrac edirlər.