Müdafiə Nazirliyinin aldığı 1.5 milyon manatlıq ərzağın siyahısı

Arxiv foto

-

Keçən il əsgərlər nə yeyib?

Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Müdafiə Nazirliyi 2011-ci ildə 255 milyon 373 min 220 manatlıq tender keçirib. Bu Nazirliyin yalnız tender yolu ilə apardığı alış-verişdir.

Müxtəlif hərbi geyimlərə 27 milyon 634 min manat, ərzaqa və yemək məhsullarına 1 506 517 manat, dərman pereparatları və ləvazimatlarına 2 milyon 203 min 461 manat, dəftərxana ləvazimatına 178 060,  əşya əmlakın alınmasına 2 milyon 65 min manatlıq tender keçirib.

 Ərzağın adı Manatla
 Tərəvəz alınması  191 800
 Şokolad alınması  9 330
 Şəkərbura və şorqoğal alınması  48 268,5
 Meyvənin alınması  48 265
 Təzə pomidorun alınması  48 168
 Təzə xiyarın alınması   47 558
 Dəfnə yarpağının alınması   24 400
 Təbii qəhvənin alınması  43 875
 Xardal tozunun alınması  48 778
 Təzə meyvənin alınması  48 000
 Ərzaq məhsullarının alınması   76 514, 2
 Ləpənin (qoz, fındıq) alınması  24 300
 Sirkənin alınması  43 500
 Manna yarmasının alınması  48 384
 Pavidlonun alınması  49 020
 Yarı qaxac kolbasanın alınması  31 800
 Qırmızı istiotun alınması  31 480
 II növ unun alınması  48 804
 Brınza tipli pendirin alınması  99 793,6
 Xamanın alınması   90 722,45
 Kəsmiyin alınması   88 756,55
 1-ci növ buğda unundan 250 qramlıq
ağ çörəklərin alınması                 
 315 000

Qəzetlərə 59 min manat

Müdafiə Nazirliyi Azərbaycanda və Rusiyada dərc olunan qəzet, jurnallara abunə üçün 58 594 manat xərcləyib.

Nazirliyin keçənilki dəftərxana xərcləri:
 Malların adı  Manatla
 Bədii tərtibat işlərinə  29 993
 Ehtiyat hissələrinin alınmasına   97 500
 Dəftərxana ləvazimatlarının alınması  178 060
 Videonəzarət avadanlıqlarının alınması  47 000
 Ofset kağızının alınması  26 515
 Böyük formatlı "Mimaki JV33-160" modelli poliqrafiya avadanlığının alınması  48 666
 Çap materiallarının satın alınması  126 984
  Topoqrafiya və geodeziya məhsullarının alınması     79 996,5
 Kompyuter və noutbukların satın alınması             4 123
 Stendlərin hazırlanması və quraşdırılması işlərinin satın alınması  19 998,69

Təmizlik xərcləri
 NBM və hamamın tikinti işlərinin satın alınması      40 000
 Təsərrüfat mallarının satın alınması  36 000
 100000 Yuyucu tozun alınması     295 000
 Əl-üz və hamam sabununun satın alınması  904 200