Morningstarın Azərbaycana səfir vəzifəsinə namizədliyi irəli sürülüb

ABŞ prezidenti Barack Obama Richard Morningstarın Azərbaycana səfir vəzifəsinə namizədlyini irəli sürüb. 
 
Richard Morningstar dövlət katibinin Avrasiya Enerji məsələləri üzrə xüsusisi nümayəndəsidir. O 1999-cu ildən 2001-ci ilə qədər ABŞ-ın Avropa Birliyindəki səfiri olub.
 
Richard Morningstar təyin olunsa, Mathew Bryzanı əvəz edəcək. Bryza yanvardan bu vəzifəni tərk edib. 
 
Mathew Bryzanı  da Barack Obama təyin etmişdi. O bir il səfir vəzifəsini icra etmişdi.  Ancaq ABŞ-dakı erməni diaspora qruplarının və bir neçə senatorun etirazından sonra Senatda təyinatı təsdiq olunmadı. Bryzanın təyinatına qarşı çıxanlar onu Azərbaycan hakimiyyətin ilə müəmmalı əlaqədə ittiham edirdilər.