İranda zəlzələdə ölənlərin sayı 306-ya çatıb

Avqustun 11-də İranda baş verən zəlzələdə ölənlərin sayı 306-ya çatıb.  
 
Bu haqda İranın səhiyyə naziri Marzieh Vahid Dastjerdi məlumat verib.
 
Bundan əvvəl daxili işlə naziri zəlzələ bölgəsində əməliyyat axtarış tədbirlərinin başa çatdığını bildirmişdi.
 
Zəlzələ avqustun 11-də  günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 11 dəqiqə sonra isə 6,3 bal gücündə olub. 600-dən çox kənd zəlzələdən ziyan çəkib.
 
İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb.
 
İranda avqustun 13-ü və 14-ü ikigünlük matəm elan olunub.