Günel Şamilqızı. Göz yaşına məktub

-

GÖZ YAŞINA MƏKTUB

Öz yağışını tapmışdı bağban
                                          içində,
                                                  üzündə,
                                                             ovcunda  gəzdirirdi.
Yağış küsdü bağbandan
- onu daha gözləmədiyi üçün.
Bağban küsdü yazdan
                                   - gecikdiyi üçün.
Yaz da incidi açılmağa qabil hər şeydən
- onsuz da yumulacaqdılar nə vaxtsa...

Sən belə şeyləri başa düşən deyilsən.
Sən
      nə  çiçəksən,
                  nə  yazsan,
                               nə  də  bağban.
Bağban küsdü yazdan...