Minsk qrupu həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb

Yanvarın 28-də Parisdə  ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər.

Görüşdə 2012-ci ilin oktyabrında tərəflərə təklif olunan  işçi təkliflər və eləcə də Dağlıq Qarabağdakı hava limanına uçuşlar müzakirə olunub.