E.Məmmədyarov dondurulmuş münaqişələri həll etməyə çağırıb

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun  bu gün Vyanada ATƏTin daimi şurasının iclasında çıxışı olub.

O Dağlıq Qarabağ da daxil olmaqla dondurulmuş münaqişələrin ATƏT çərçivəsində geniş müzakirə etməyə çağırıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinin mümkünlüyünün hələ ki, tükənmədiyini bildirib.
O Minsk qrupu  formatında danışıqların daha da fəallaşdırılmasının vacibliyini vurğulayıb.

ATƏT-in Azərbaycanda fəaliyyətinə toxunan Elmar Məmmədyarov həmçinin bildirib ki, Rəsmi Bakı ölkədə keçiriləcək bnövbəti prezident seçkilərini izləmək üçün ATƏT-in öhtəlikləri çərçivəsində ölkəyə beynəlxalq müşahidəçilər qrupu dəvət etmək fikrindədir.

Nazir həmçinin  bildirib ki, Rəsmi Bakı Təşkilatın Azərbaycandakı statusuna yenidən baxmaq fikrindədir və onun fəaliyyəti  layihə koordinatorluğuna yönəldilə bilər.