Azərbaycanın Çexiyanın Karlovı Varı şəhərində fəxri konsulu olacaq

Karlovy Vary

Azərbaycan  prezidenti  İlham Əliyev Adış Məmmədovun  Azərbaycanın  İsveçdəki  səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli diplomatik elçi  rütbəsi verilib.

Dövlət başçısı həmçinin Rafael  İbrahimovun Azərbaycanın İsveç, Norveç və Finlandiyada  səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Həmçinin prezidentin digər sərəncamı ilə Fəxrəddin Mirzəyev  isə Azərbaycanın Çex Respublikası Karlovı Varı şəhərindəki  fəxri konsulu təyin edilib.