Suriya hökuməti kimyəvi silah işlətmədiyini deyir

Foto arxiv

Suriya  hökuməti  Dəməşq ətrafında üsyançılara qarşı kimyəvi silah işlədilməsi barədə müxalifətin  məlumatını rədd edir.

Müxalifət fəaalları  zəhərli raketin partlaması nəticəsində təxminən 1300 adamın öldüyünü xəbər verirlər.

Suriyanın hökumət televiziyası bəyan edib ki, məqsəd  bu məqsədlə yoxlama aparmaq üçün  ölkəyə gələn  BMT müfəttişlərini  öz missiyasından yayındırmaqdır.

Bundan əvvəl də Suriyada kimyəvi silah işlədilməsi barədə məlumatlar  yayılıb və BMT məsələmni araşdırmaq üçün bazar günü Suriyaya müfəttişlər qrupu göndərib.

29 aydır ki, Suriyada davam edən vətəndaş müharibəsində azı 100 min adam ölüb.
Üsyançlar prezident Bashar Assadın istefasını tələb edirlər.