Thomas Melia İlqar Məmmədovla görüçmək istəyir

Thomas Melia

ABŞ  dövlət  katibinin demokratiya və  insan haqları üzrə köməkçisi Tomas Melia sentyabrın əvvəlində Bakıya səfəri zamanı REAL Hərəkatının həbsdə olan  lideri  İlqar Məmmədovla görüşmək üçün Azərbaycan hökumətinə müraciət edib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Tomas Melia aprelin 18-də REAL hərəkatının ofisində olub,  İlqar Məmmədovun ailə üzvləri və REAL-ın icraçı katibi Natiq Cəfərli ilə görüşüb.