İran səfiri :“Azərbaycanla İran Nizami Gəncəvi məsələsində ortaq nöqtəyə gəlməlidir"

Nizami Ganjavi

“Nizami Gəncəvi  İranla  Azərbaycan da daxil olmaqla, bəşəriyyətin, ortaq mədəniyyət  mirasıdır”.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri,  Möhsün  Pak  Ayin bildirib.Onun sözlərinə görə, Nizami Gəncəvi,  hər iki  xalq  üçün  dostluq  mövzusudur, bu  ixtilafa  çevrilməməli və  hər iki ölkə ,ortaq mədəniyyət  simvolunun  qorunması üçün, ortaq  bir  nöqtəyə gəlməlidir.

Məlumatlara görə, Nizami  Gəncəvinin Gəncədəki  məqbərəsindən,  fars dilində  olan kitabların , Azərbaycan dilində olan  kitablarla  əvəz edilməsi  İranda narazılıqla qarşılanıb.