Rohani elmə mane olmamağa çağırıb

Hasan Rouhani

İran prezidenti Hasan Rohani  iranlı alimlər və tələbələrin beynəlxalq tədbirlərdə iştirakına daha geniş imkanlar verməyə çağırıb. O Tehran universitetində çıxış edərkən tələbə və müəllimlərin öz fikirlərini deyə bilməməsini rüsvayçılıq adlandırıb.Rohani  Kəşfiyyat nazirliyi də daxil olmaqla bütün təhlükəsialik xidmətlərini alimlərin beynəlxalq  konfranslarda iştirakına mane olmamağa çağırıb.

Son illər  xaricdə keçirilən tədbirlərdə iştiraka  görə  İranda  onlarla tələbə və müəllim məktəblərdən kənarlaşdırılıb. Rohani onun hökumətinin bu cür təzyiqlərə dözməyəcəyini bəyan edib.