Snowden deyir ki, məxfi sənədlər Rusiyanın və Çinin əlinə keçməyib

Rusiyada sığınacaq almış Edward Snowden əminliyini bildirib ki,  onun ABŞ-ın məxfi xidməti olan Milli təhlükəsizlik Agentliyindən götürdüyü sənədlərin heç biri Rusiyaya və Çinə çatmayıb.

New  York Times qəzetinə müsahibəsində o deyib ki, Honq Konqdan Moskvaya yola düşəndə bütün sənədləri jurnalistlərə verib.  O həmçinin deyib ki, məxfi sənədləri Çin casuslarından qoruya bilib, çünki  vaxtilə ona xüsusi təlim keçilib.  Snowden deyib ki, sənədlərin Rusiyanın və ya Çinin əlinə keçməsinin ehtimalı sıfırdır.