Ukrayna parlamenti hökumətə etimadsızlıq məsələsini rəd elədi

Ukrayna parlamrnti

Ukrayna parlamenti hökumətə etimadsızlıq göstərilməsilə bağlı müxalifətin təklif etdiyi qanun layihəsini rədd edib. Parlamentin qarşısına yığışan minlərlə adam səsvermənin nəticələrini gözləyirdi.

Baş nazir Mykola Azarov  parlamentdə çıxış edərkən hökumətin Avropaya inteqrasiyada sadiq olduğunu deyib. O  həmçinin  hökumətin nümayişçilərə qarşı güc tətbiq edilməsinə görə üzr istədiyini deyib.

Müxalifətdən olan fraksiyalar onun çıxışını hay-küylə qarşılayıb. Parlament  qarşısında isə etiraz aksiyası davam edir.