Ukrayna prezidenti ümummilli dialoqa gedir

Kiyevdə nümayiş

Ukrayna prezidenti Viktor Yanukovych  müxalifətlə ümummilli dialoqa ketmək təklifini qəbul edib. Bunu keçmiş prezident Leonid  Kravchuk təklif edib.Prezident aparatındsn verilən məlumata görə, Yanukovych böhrandan çıxmaq üçün həminin keçmiş prezidentlər, Kravchuk, Kucma və Yushenko ilə də görüşəcək.

Artıq xeyli vaxtdır ki, Ukraynada Avropaya inteqrasiya tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir.Təşkilatçılar  aksiyaçıları Kiyevdə meriyanın binasından çəkilməyə, təxribata uymamağa çağırıblar.Kiyevdə  Müstəqilli meydanı da daxil olmaqla etiraz aksiyaları keçirilən ərazilərin ətrafına xüsusi təinatlı polis qüvvələri düzülüb.Aksiyaçıların mümkün hücuma hazır olduqları müşahidə olunur.Nümayişçilər bazar günü  Kiyevin mərkəzində keçmiş sovet  lideri Vladimir Leninin heykəlini aşırıblar.

Ukraynanın bu günlərdə Avropa Birliyi ilə asosasiv saziş imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etiraz aksiyalartına səbəb olub.