Qafqaz Müsəlmanları İdarəsi dini təriqətlərə xəbərdarlıq edib

Təzə Pir Məsçidi

Qafqaz  Müsəlmanları İdarəsi, Azərbaycanda fətva xarakterli bəyanatlar verən dini təriqətlərə, xəbərdarlıq edib.

İdarənin fətva şöbəsinin müdiri, Hacı Mirəziz  Seyidzadə  APA-ya bildirib ki, nəinki  Azərbaycan,  hətta  bütün Qafqazda,  yalnız ,Qafqaz Müsəlmanları İdarəsinin  fətva vermək səlahiyyəti var.

O qeyd edib ki,  bu cür qruplara buradan bildirmək istəyirəm ki, özbaşına hərəkətlər,  hüquqları çatmayan və onlara aid olmayan işlərə qarışmaq,  yaxşı nəticə verməyəcək.