Ukrayna prezidenti Yanukovych müxalifət liderləri ilə görüşüb

Viktor Yanukovych

Ukrayna prezidenti  Viktor Yanukovych  müxalifət liderləri Arseniy Yatsenyuk, Vitaly Klitschko, və Oleh Tuyahybokla görüşüb.Hələlik görüş barədə ətraflı məlumat verilmir.

Son toqquşmalarda azı 3 nəfərin öldüyü bildirilir.Müxalifət  fəalları onlardn ikisinin atəşlə öldürüldüyünü deyirlər.Həkim İqor Petroviç  bir nəfərin xəstəxanaya gətirildikdən sonra aldığı güllə yaralarından keçinməsini təsdiqləyib.

Daxili İşlər Nazirliyi  isə döyüş güllələrindən istifadə olunmadığını bildirir .

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso Brüsseldə keçirdiyi brifinqdə Ukraynada tərəfləri zorakılıqdan çəkiməyə çağırıb.

Xüsusi  təyinatlı qüvvələr paytaxt Kiyevdəki barrikadalara hücum edərək aksiyaçıları oradan  çıxarıblar.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Son günlər hökumətin mitinqlər barədə yeni kəskin qanunlar qəbul etməsi isə vəziyyəti yenidən qarışdırıb.