Yanukovych baş nazir Azarovun istefasını qəbul edib

Viktor Yanukovych və Mykola Azarov

Ukrayna prezidenti Viktor Yanukovych  baş nazir Mykola Azarov və kabinetin istefasını qəbul edib.

Azarov bildirib ki,  o bu addımı münaqişənin dinc yolla həllinə imkan yaratmaq və ölkənin birliyinin qorunması naminə atıb.

Baş nazirin istefasını müxalifət tələb edirdi.

Ölkə parlamenti  isə nümayişlərlə bağlı yanvarın 16-da qəbul edilmiş kəskin qanunların ləğvinə səs verib.Parlamentin  iclasında  3 keçmiş prezident də iştirak edib.

Ötən ilin noyabrında Ulraynanın Avropa Birliyi ilə asosasiya sazişi  imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.