Bu il Gürcüstanla Avropa Birliyi arasında saziş imzalana bilər

Irakli Garibashvili

İlin sonunadək Gürcüstanla asosasiya sazişi imzalanması Avropa Birliyinin qarşısında duran əsas məsələlərdən biridir.

Bunu Avropa Şurasının prezidenti Herman Van Rompuy Brüsseldə  Gürcüstanın  baş naziri  İrakli Garibashvili ilə görüşdən sonra  deyib.O Gürcüstan hökumətini  ölkədə siyasi plüralizmin inkişafı, söz azadlığı və qanunun alililyinin təmin edilməsinə diqqət yetirməyə çağırıb.Amma avropa rəsmisi Gürcüstanla bu razılaşmanın nə vaxt imzalanacağına aydınlıq gətirməyib.

Garibashvili isə bunun  avqustda baş tutacağını deyib.

Gürcüstanlla Moldova öətn ilin noyabrında Vilnüstə keçirilən “Şərq tərəfdaşlığı” sammitində belə bir razılaşma paraflayıblar.