Rusiya hökuməti Soçidə təhlükəsialiyin təmin edildiyini deyir

Foto arxiv

BMT-nin baş katibi Ban Ki Moon seksual azlıqlara qarşı ayrı-seçkilik və hücumları pisləyib.O cümə axşamı Soçidə Beynəlxalq Olimpiya  Komitəsinin nümayəndələri qarşısında çıxış edərək bildirib ki, biz onların həbs və təqib olunmasına  imkan verməməliyik.

Qeyd edək ki, Rusiya hökuməti ötən il himiseksualizmin  azyaşlılar arasında təbliğini qadağan edən qanun qəbul edib.

Ban Ki Moon həmçinin olimpiya oyunları vaxtı bütün hərbi münaqişələri dayandırmağa çağırıb.

Terror təhlükəsi ilə bağlı narahatlıqlara  gəldikdə isə Rusiyanın baş nazir müavini Dimitry Kozak  hərtərəfli tədbirlər görüldüyünü bildirib. Beynəlxalq Olimpia Komitəsinin  kommunikasiya direktoru Mark Adams da təhlükəsialiklə bağlı Rusiya hakimiyyətindən təminat aldıqlarını deyib.

Qeyd edək ki, sabah Soçi Olimpiadasının açılışı olacaq.